Noy 05, 2016 11:36 Asia/Baku
  • Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri Tələfər bölgəsinin rəsmiləri ilə görüşündə deyib: Biz Türkiyə ilə qarşıdurmaya mane olmaq üçün yorucu səylər göstərmişik amma bir mənalı olaraq deyirəm əgər Türkiyə hökuməti ağılsız hərəkət edərsə iraqlılar tam birlik içində Türkiyə ilə qarşılaşacaqlar.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, Heydər Əl-İbadi deyib: Türkiyənin təhdidlərinə rəğmən biz bu ölkə ilə müharibəyə getmək istəmirik ona görə ki, ölkələr arasında müharibə heç bir tərəfin xeyirinə deyil, bizim bu gün Türkiyə ilə diplomatik kanalımız var və onlarla müzakirə etmək istəyirik, təəssüflər olsun ki, bəziləri ölkə daxilindən Türkiyəyə yanlış məlumatlar verir və Ankaranı burulğana salmaq istəyirlər, elə İŞİD-ə ünvanı səhv verərək onun İraqa girməsini asanlaşdırdıqları kimi. Onlar arxayın olsunlar ki Türkiyə onlara önəm vermir. Biz Türkiyə ilə qarşırurmaya getməmək üçün çox çətin səylər həyata keçiririk amma bir mənali olaraq bildirirəm ki, əgər Türkiyə ağılsızlıq edərsə və İraq torpaqlarına girərsə iraqlılar birləşərək Türkiyə qarşısında duracaqlar. İraq bizim yurdumuzdur biz İraqın milli hakimiyyəti və müstəqilliyini müdafiə edəcəyik. 

Teqlər