Noy 07, 2016 16:46 Asia/Baku
  • Suriya kürdlərinin Rəqqə əməliyyatı
    Suriya kürdlərinin Rəqqə əməliyyatı

Suriya kürdlərinin Demokratik Birlik Partiyası yaraqlıları Rəqqə şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıblar.

İRNA-nın məlumatına görə, Suriyadakı kürd yaraqlıları bazar günü Rəqqənin şimalında yerləşən Eynül-İsa şəhərində bir bəyanat yayaraq, Rəqqənin İŞİD-in işğalından azad edilməsi üzrə planlarını açıqlayıblar və  Türkiyənin bu məsələyə müdaxilə etməyəcəyinə ümidvar olduqlarını bildiriblər. 

Suriyadakı kürd yaraqlıları bu bəyanatda həmçinin, Suriya xalqı və Rəqqə sakinlərinə "Fəratın Qəzəbi" adlı əməliyyatı Rəqqə şəhərinin terrorçuların işğalından azad ediləcəyi zamana kimi davam etdirəcəklərini elan ediblər. 

Kürd yaraqlıları Rəqqə şəhərinin ərəb, kürd və türkmən qüvvələrin birgə səyi habelə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə azad ediləcəyini bildiriblər. 

Suriyadakı kürd yaraqlıları beynəlxalq təşkilatlardan istəyiblər ki,  Rəqqə sakinləri qarşısında öz mənəvi borclarına əməl etsinlər. 

"Fəratın Qəzəbi" əməliyyatında 30 000 kürd yaraqlısı iştirak edir. 

Teqlər