Noy 07, 2016 16:48 Asia/Baku
  • Rəqqə əməliyyatı
    Rəqqə əməliyyatı

France 24 telekanalı Suriyadakı kürd yaraqlılarının Rəqqəni ələ keçirmək üzrə əməliyyata başlamalarını Türkiyə tərəfindən himayə edilən qüvvələri qabaqlamaq xarakteri daşıdığını bildirib.

France 24 telekanalının məlumatına görə, Demokratik Suriya qüvvələri bazar günü Rəqqənin ələ keçirilməsi əməliyyatının başlandığını elan ediblər. Bu qüvvələr ABŞ tərəfindən himayə olunur. 

İŞİD Suriya torpaqlrının fəth edilməsi əməliyyatına başladığı zamandan Rəqqəni öz paytaxtı elan edib.

France 24 telekanalının müxbiri Səlim Əlməndəb Beyrutdan verdiyi məlumatda Rəqqənin ələ keçirilməsi əməliyyatında iştirak edən qüvvələrin tərkibi barədə deyib: Demokratik Suriya qüvvələri 30 000 yaraqlıdan təşkil olunub və bu qüvvələrin əsasını kürd yaraqlıları təşkil edir. Başqa sözlə bu 30 000 - lik qoşunun 70%-ni kürd yaraqlıları təşkil edir.

France 24 telekanalı bu kürd yaraqlıların Kürd Xalq Müdafiəçiləri(YPG) adlı silahlı qruplaşmanın üzvləri olduğunu bildirib. Suriyada fəaliyyət göstərən YPG qruplaşması bir növ Türkiyədə fəaliyyət göstərən PKK-nın qardaşı hesab olunur. YPG-nin formalaşmasında ABŞ böyük rola malik olub və Vaşinqton ondan məntəqədə ilə bağlı planlarının icrasında istifadə edir. Elə buna görə də, bir qrup amerikalı və fransız hərbçi hərbi məsləhətçi ünvanında Suriyada yerləşərək, kürd yaraqlılarını istiqamətləndirir.

Bu qüvvələrin Rəqqənin ələ keçirilməsi əməliyyatına başlamaqda məqsədi isə Rəqqənin İŞİD terrorçularının işğalından azad edilməsində Türkiyə tərəfindən himayə olunan qüvvələri qabaqlamaqdır.

Teqlər