Türkiyəli nazir Fətullah Gülən barədə danışdı
Türkiyənin Avropa məsələləri üzrə naziri Fətullah Gülən qrupunun nasistlərdən daha təhlükəli olduğunu deyib.
İRİB-nin verdiyi məlumata görə, Ömər Çelik Ankarada mətbuat konfransında etdiyi çıxışında deyib: Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmaması Türkiyənin deyil AB-nin zərərinədir.
Avropanın bir çox ölkələri o sıradan Britaniya və Fransada ifratçı sağçı partiyalar fəaliyyət göstərirlər Türkiyə AB-yə qoşulmaq siyasətində ciddidir amma müqabil tərəf sədaqətli deyil və maneəçiliklər törətməkdədir.
Avropa ölkələrində ifratçı sağçı cərəyanların nüfuzu bu ölkə rəsmilərinin anti-Türkiyə bəyanatlar səsləndirmələrinə gətirib çıxarır.
Hamı Türkiyədə Demokratiyanın uğurlu təcrübəsinin dəyərini başa düşməlidir.
Çelik deyib: Türkiyə təcrübəsinin nasistlərin təcrübəsi ilə müqayisə edilməsi ilə razılaşmırıq. Türkiyənin təcrübəsi nasistlərin təcrübəsinə deyil, nasistlərə qarşı müqavimət təcrübəsinə bənzəyir.
Fətullah Gülənin terror qrupu qarşısında nasistlər dəniz qarşısında bir damla idilər. Avropa terrorizmə qarşı mövqeyini aydınlaşdırmalıdır və bu mövzuya ikili standartına son qoymalıdır.