Noy 09, 2016 11:52 Asia/Baku
  • İraqın baş naziri Əl-İbadi
    İraqın baş naziri Əl-İbadi

İraqın baş naziri özünün həftəlik brifinqində bir daha Türkiyənin İraqa müdaxiləsinin heç bir əsası olmadığını deyib.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın silahlı qüvvələrinin ali baş komandanı deyib: Bəziləri bəlkə də problem yaratmaq ardıncadırlar, qəribədir bəziləri Türkiyədə bir yerə toplaşaraq bu ölkənin dövlətindən sünniləri xilas etmək üçün İraqa müdaxilə etməsini istəyirlər halbuki iraqlı qüvvələr sünniləri müdafiə üçün döyüşürlər. Siz bu qədər sünnilərə diqqətlisinizsə son iki il yarım ərzində İŞİD qırğınlar törədərkən hardaydınız? Bu müddətdə onlardan nə yardım nə də bir bəyanat görülmədi. Nazirlər kabinetinin bu günkü iclasında bir çox məsələlər araşdırıldı və lazımı göstərişlər verildi. 

İraqın baş naziri deyib: Türkiyənin təhdidləri davam edir, biz isə böhranı azaltmağa çalışırıq, biz Türkiyə ilə qarşıdurma və müharibə ardınca deyilik, qonşu ölkə ilə müharibə bizim son seçimimiz ola bilər amma təəssüflər olsun ki, Türkiyə tərəfindən böhran yaratma cəhdləri davam edir. Onların İraq barədə əsassız iddiaları davam edir, biz onların bütün arqumentlərini nəzərə almağa çalışdıq, onlar Tələfərdəki durumdan nigarandırlar biz isə Tələfər barədə görüləcək işləri bu şəhərin əhalisinin öz üzərinə qoyduq. Türkiyəlilər bu şəhərdə qırğınların baş verəcəyini proqnozlaşdırırdılar amma belə bir hadisə baş vermədi. Onlar əhalinin bir hissəsindən intiqam alınacağını deyirdilər amma belə olmadı. Onlar İraqda müdaxilə üçün İraq dövlətinin razılığını almış olduqlarını iddia edirlər, bu yalan iddiadır. Bu sahədə İraqın keçmiş müdafiə nazirinin razılığını almış olduğunu iddia edirlər halbuki keçmiş müdafiə naziri bunu təkzib etdi. Hətta Neynəvanın keçmiş valisi belə Türkiyə hərbçilərinin İraq ərazisində fəaliyyətinin razılaşdırılmış olması iddiasını rədd etdi, baxmayaraq ki, belə bir qərar heç valinin səlahiyyətlərinə daxil deyil. Demək Türkiyənin İraqda hərbi müdaxiləsinin heç bir əsası yoxdur, bunun yeganə səbəbi Türkiyənin daxili problemləridir və onlar bu problemləri İraqın çiyinlərinə yükləmək istəyirlər. 

Bu proses ilk növbədə Türkiyə üçün faciədir, sonra da region üçün faciədir və regionu müharibəyə sürükləyə bilər. Belə bir müharibə baş verərsə regionda kimsə ondan siğortalanmayacaq. Türkiyə ordusu belə bir toqquşmada ağır ziyana düşəcək və Türkiyə parçalanmaq və daxili bölgüçülüklə üz-üzə duracaq. Ümid edirik Türkiyə rəhbərləri bu məsələlərə diqqət yetirəcək və belə təhlükəli planlar ardınca olmayacaqlar. 

Teqlər