Noy 11, 2016 13:02 Asia/Baku
  • Yəməndə vəba
    Yəməndə vəba

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə 2070 nəfərin vəbaya yoluxması ehtimalından xəbər verərək, bu ölkə xəstəxanalarının dərman çatışmazlığı ilə üzləşdiyini bildirib.

Əlməyadin informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən ağır hücumlar və bombardmanlara məruz qalan yəmənlilər yeni bir bəlaya düçar olublar. Vəba sürətlə yayılır və indiyə kimi vəbaya yoluxduğu ehtimal edilən 2070 nəfərin xəstəxanaya yerləşdirildiyi və 67 yoluxma halının təsdiq edildiyi bildirilir. Dərman preparatlarının olmaması isə mühasirədə olan Yəmən xalqını ciddi fəlakət qarşısında qoyub. 

Paytax Sənada yerləşən Səbin xəstəxanasının laboratoriya bölməsinin müdiri Əməl Həsən Amir deyir: "Biz 24 saat xidmət göstərməyə hazır vəziyyətdəyik. Amma, götürülən nümunələrin analiz edilməsi üçün üzləşdiyimiz problem lazımi təchizatların olmamasıdır. Biz, YUNİSEF-dən təqdim edilən nümunələri analiz etməsini istədik. Amma, indiyə kimi heç bir cavab ala bilməmişik."

Səbin xəstəxanasının həkimi Sadiq Cəvil isə deyir: "Bütün dünya bu qorxunc və yolxucu xəstəlikdən qorxur. O ki, qaldı yoxsul və mühasirədə olan Yəmənə, burda biz xəstələrə lazımi tibbi xidmətlər göstərməyə qadir deyilik. Çünki, nə dərman preparatları var, nə də təchizatlar."

 

Yolxucu xəstəlik olan "vəba" Yəmənin bəzi əyalətlərində yayılmağa başlayıb. İndiyə kimi bu xəstəliyi nəzarət altında saxlamaq mümkün olsa da, Ümumdünya Səhiyyət Təşkilatı və digər beynəlxalq təşkilatların dəstək verməyəcəkləri təqdirdə, bu xəstəliyin iri miqyasda yayılmasının qarşısını almaq imkansız görünür. 

Teqlər