İraq xalqı İŞİD-in məhv edilməsində tam birliyə malikdir
İraqın baş naziri: İraq xalqı İŞİD terror qruplaşmasının tam şəkildə məhv edilməsində qətiyyətlidir.
Əl-İraqiyə telekanalının verdiyi məlumata görə, baş nazir Heydər Əl-İbadi cümə axşamı deyib: İraq xalqı İŞİD terror qruplaşmasını məhv etmək üçün mümkün olan ən yaxşı formada birlik və həmrəyliyə malikdir və terrorizmə qarşı mübarizədə vahid cəbhədə savaşır.
İraqın baş naziri Mosulun İŞİD-in işğalından azad edilməsinə təkid edərək, Neynəva əyalətinin yerli rəsmilərindən azad edilmiş məntəqələrə gedərək, yerli sakinlərə xidmətlərin göstərilməsini istəyib.
İraq silahlı qüvvələrinin ali baş komandanı həmçinin, ordu qüvvələri, könüllü xalq qüvvələri və kürd perşmərgə yaraqlıları arasındakı ahəngdarlığı da yüksək qiymətləndirib.
Əl-İbadi Türkiyənin İraqdakı hərbi iştirakı barədə də deyib: Türkiyənin İraqın şimalındakı hərbi iştirakı qəbuledilməzdir və Türkiyə hərbçiləri İraqdan çıxamlıdırlar.
İraqın baş naziri Beynəlxalq Amnistiya Təşkilatının iraqlı qüvvələr əleyhinə hesabatını da tənqid edib.
Beynəlxalq Amnistiya Təşkilatı İraq polisini Mosulun cənubunda bir neçə kənd sakininə işgəncə vermək və onları qətlə yetirməkdə ittiham edib.
İraq ordusu və könüllü xalq qüvvələri ötən 3 həftə ərzində Mosulun azad edilməsi üçün böyük bir hərbi əməliyyata başlayaraq, şəhərin ətraf məntəqələrini İŞİD terrorçularının işğalından azad ediblər.