Noy 14, 2016 10:55 Asia/Baku
  • Hələbə kimyəvi hücum
    Hələbə kimyəvi hücum

Suriya silahlı qüvvələri baş komandanlığı bildirib ki, Hələbin şərqində yerləşən terrorçu qruplar Neyrəb bölgəsini kimyəvi silahlarla hücuma məruz qoyublar.

Suriya ordusunun bəyanatında deyilir: Kimyəvi hücum onlarla vətəndaş və Suriya ordusu hərbçilərinin xəsarət almasına səbəb olub. 

Bəyanatda deyilir: Bu hücumlar terrorçuların işini bitirməyin vacibliyinə sübutdur. Bu hücumlar Hələbin şərq bölgələrini tezliklə terrorçulardan təmizləməyin vacibliyini göstərir.

Terrorçuların kimyəvi hücumları nəticəsində boğulma təhlükəsi ilə üzləşənlər xəstəxanaya köçürülüblər. 

Rus mütəxəssislər də terrorçular tərəfindən istifadə edilən qazın növünü müəyyənləşdirmək üçün bölgədə yerləşiblər. 

Şahidlərdən biri deyir: Raket mərmisi Neyrəb bölgəsinə düşəndə pis qoxu hiss etdik, xlor qoxusunu hiss edən kimi qüvvələri geri çəkdik. 

Terrorçuların kimyəvi hücumunda xəsarət alanlardan biri deyir: Terrorçular kimyəvi qazdan istifadə etdilər. 

Əl-Məyadin telekanalı da bildirib ki, terrorçuların Hələbin hava limanının qərbində Suriya ordusunun mövqelərinə qarşı kimyəvi hücumunda Suriya hərbçilərindən 28 nəfər boğulma durumu ilə üzləşib.

Teqlər