Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Səudiyyə Ərəbistanının Yəmənə hava hücumlarında bir neçə nəfər həlak olub və yaralanıb.
İRNA-nın məlumatına görə, bazar ertəsi günü Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələri, o cümlədən İb vilayətinə hücumlarında azı səkkiz sivil həlak olub, doqquz nəfər də yaralanıb.
Bildirilib ki, bir neçə çəsəd hələ də uçqunlar altındadır.
Ərəbistan qırıcıları həmçinin kasset bombalarla Səna vilayətinin şimal-qərbində doqquzuncu rayonu dağıdıblar. Hələlik bu hücumun tələfatı barədə məlumat verilməyib.
Bu arada Yəmən qüvvələri Marib vilayətinin şərqində səudiyyəli muzdluların mövqelərini atəşə tutublar.
Ərəbistanın Yəmənə ötən iyirmi aydakı təcavüzü 10 mindən çox yəmənlinin həlak olması ilə nəticələnib.
Ərəbistan Yəmənə hücumla istefaya getmiş prezident Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq niyyətindədir.