Əsəd: Tramp terrorçularla savaşa girsin, Suriya onun müttəfiqi olacaq
Suriya prezidenti deyib: Əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp terrorçularla savaşa girərsə, Dəməşq onun müttəfiqi olacaq.
SANA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd çərşənbə axşamı günü verdiyi açıqlamada deyib: Əgər Tramp terrorçularla savaşa girərsə, suriyalılar, ruslar, iranlılar və terrorçuları məğlub etmək istəyən bir çox digər ölkə də təbii şəkildə Trampın müttəfiqi olacaq.
Suriya prezidenti "Donald Trampın seçilməsindən nə gözləntiniz var?" sualına cavabda ümidvarlıq edib ki, Amerika tərəfsiz olacaq, beynəlxalq qanuna hörmətlə yanaşacaq, digər ölkələrin daxili məsələlərində müdaxilə etməyəcək və Suriyada terrorçulara dəstəyi dayandıracaq.
Donald Tramp bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Suriya prezidenti Bəşşar Əsədi terrorizmlə mübarizə üçün ən yaxşı seçim adlandırıb.
Tramp Suriya prezidentinin terrorizmlə mübarizə üçün ən yaxşı seçim və vasitə olduğu qənaətinə gəldiyini deyib.