Əl-İbadi: İran qırıcı təyyarələri İraqın hava ərazisini pozmayıb
İraq baş naziri Türkiyənin siyasətlərini yürüdən İraqın bəzi siyasətçilərini tənqid edərək deyib: İran qırıcı təyyarələri İraqın hava zolağını pozmayıblar.
Əl-İraqiyyə televiziyasının məlumatına görə, Heydər əl-İbadi Bağdadda keçirdiyi mətbuat konfransında gələn günlərdə Mosulun azad olunmasından sonra İraqın vəziyyəti ilə əlaqədar Türkiyədə konfransın keçirilməsi və bu konfransda bəzi İraq şəxsiyyətlərinin iştirak etməsi barədə deyib: Bu şəxsiyyətlərin iştirakı təəssüfləndirici haldır. Bu şəxslər hər bir iclasda iştirak edə bilərlər. Amma Türkiyə hökumətinin təşkil etdiyi konfransda iştirak etməməlidirlər. Türkiyə rəsmilərinin İraq haqda mövqeyi aydındır. Türkiyə İraq hökumətinin icazəsi olmadan öz qüvvələrini bu ölkəyə ezam edib. 2014-cü il noyabr ayında İran qırıcı təyyarələri İraqın hava zolağına daxil olublar. İran bizim qonşumuzdur və İŞİD-lə mübarizə məsələsində güclü şəkildə bizim yanımızda yer alıb və silahın göndərilməsi məsələsində dərhal kömək edib. Bizim İranla maliyyə anlaşması olmadan, bu ölkə dərhal bizə silahlar verdi. İran İŞİD-i təkcə İraq üçün deyil, özü üçün də təhlükə hesab edir. Bu vəziyyətlə belə, İraq ölkənin hava ərazisinə təyyarə daxil olduğu zaman mövqe bildirdi və iranlılar da öz öhdəliklərini yerinə yetirdilər. Lakin Türkiyənin hər gün bizim sərhədlərimizə təcavüz etdiyinin və öz qüvvələrini İraqa ezam etdiyinin şahidiyik. Türkiyənin hərəkətlərinə etiraz etdiyimiz zaman, daxildə bəziləri deyirlər ki, İraq hökumətinin firqə davranışı vardır. Bu şəxslərin mövqeyi ikilidir. Buna görə, İraq siyasətçilərindən istəyirəm ki, əgər bu konfransa gedirlərsə, İraq üçün mənfi deyil, müsbət iştiraka malik olsunlar.