Kərbəlada Hüseyn (ə) ərbəini zəvvarlarının təhlükəsizliyini 40000-dən çox qüvvə təmin edir
İraqın Kərbəla Müəlla şəhərində Ərbəin mərasimində İmam Hüseyn (ə) əzadarlarının təhlükəsizliyini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir.
Əl-Aləm televiziyasının məlumatına görə, İraqda Orta Fərat Əməliyyat Komandanlığı bildirib: İmam Hüseynin (ə) Ərbəini mərasimini keçirmək üçün Kərbəlaya hərəkət edən zəvvarlara dəstək təhlükəsizlik planında 40 mindən çox təhlükəsiz qüvvəsi iştirak edəcək. Bununla yanaşı İmam Hüseynin (ə) Müqəddəs Ziyarətgahının rəhbərliyi zəvvarlar və əzadarlıq heyətlərini qarşılamaq üçün tam hazır olduğunu bildirib.
Orta Fərat Əməliyyat Komandanlığının başçısı general Qeys əl-Məhəmmədavi deyib: İŞİD tərəfindən zəvvarlara yönələn problem və təhlükələr bu şəraitdə ziyarətin asan olmamasına səbəb olub. Biz diqqəti cəlb edəcək sayda zəvvara ev sahibiyik. Onların sayı 15-20 milyon nəfərə çatacaq. Nəticədə bu sayda zəvvarın təşkilatlanması, onların Kərbəlaya daxil olması və digər ehtiyacların aradan qaldırılması, çoxlu səy və müxtəlif əməkdaşlıqlara ehtiyac duyur.
Kərbəla vilayətinin polis komandanı general Əhməd əl-Züveyni də əl-Aləm müxbirinə deyib: Kərbəla vilayətinin polis komandanlığı Orta Fərat Əməliyyat Komandanlığının əməkdaşlığı ilə İmam Hüseyn (ə) ərbəini zəvvarlarına dəstək üçün plan hazırlayıb. Bu plana əsasən, Kərbəla şəhərinin mərkəzindən vilayətin idarəçiliyinə qədər bütün bölgələrdə müxtəlif qüvvələr yerləşdiriləcək.
Builki ərbəin mərasiminin özəlliyi müxtəlif ölkələr, o cümlədən İran, Pakistan, Hindistan, Livan və Fars körfəzinin ətrafındakı ölkələrdən əzadar karvanların iştirak etməsidir.
İmam Hüseyn (ə) Müqəddəs Ziyarətgahının rəhbərliyi zəvvarların qarşılanması üçün tam hazır olduğunu bildirib və bu yolda bütün imkanlardan istifadə edəcək ki, Kərbəla şəhəri Şəhidlər Sərvərinin ərbəin mərasiminin keçirilməsi üçün təhlükəsizlik və lojistik baxımından hazır olsun.