Ərdoğan 2029-cu ilədək prezident ola bilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246113-Ərdoğan_2029_cu_ilədək_prezident_ola_bilər
Hakim Ədalət və İnkişaf Partiyasının referenduma veriləcək konstitusiyada dəyişiklik layihəsinə görə, Ərdoğan 2029-cu ilədək hakimiyyətdə qala biləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2016 07:42 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan

Hakim Ədalət və İnkişaf Partiyasının referenduma veriləcək konstitusiyada dəyişiklik layihəsinə görə, Ərdoğan 2029-cu ilədək hakimiyyətdə qala biləcək.

Röytersin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və onun tərəfdarları zəif koalisiya hökumətlətinin Türkiyənin inkişafı və tərəqqisinə mane olduğunu bildirir və Türkiyənin tərəqqi üçün daha geniş səlahiyyətlərə malik olan bir prezidentə ehtiyaclı olduğunu deyirlər. 

Müxalifət isə AKP-nin konstitusiyada dəyişiklik layihəsinin Ərdoğanın şəxsi ambissiyalarından mənşə aldığını və ölkəni totalitarizmə doğru sürükləyə biləcəyini deyirlər. 

Türkiyə konstitusiyasına dəyişiklik layihəsinin ilkin yazısına görə, referendum keçirilməsi və xalqın ona müsbət səs verməsindən dər hal sonra Ərdoğan müvəqqəti icraçı prezident vəzifəsinə keçə biləcək. 

Referendumdan sonra isə Ərdoğanın hazırkı prezidentlik müddətinin sonunda yəni 2019-cu ildə prezident seçkiləri keçiriləcək. Türkiyənin indiki konstitusiyasında prezident vəzifəsi üçün iki dəfə dalbadal seçilmək imkanı olduğunu nəzərə alaraq Ərdoğan 2019-cu il prezident seçkilərində qələbə çalacağı təqdirdə 2024-cu ilədək hakimiyyətdə qala biləcək. Lakin təklif edilən dəyişikliklərə əsasən Ərdoğanın prezidentlik dövrü 2019-cu ildən hesablanacaq və beləliklə O, iki mərhələ hakimiyyətdə qala biləcək bu isə iki beş illik dövr deməkdir. Başqa sözlə Ərdoğan 2029-cu ilədək hakimiyyətdə davam edə biləcək.