Noy 17, 2016 12:56 Asia/Baku
  • Barizanidən yeni iddialar
    Barizanidən yeni iddialar

Tələfərdə savaş alovları elə bir şəraitdə sönür ki, İraq Kürdüstanı Demokrat Partiyasının rəhbəri Məsud Barizani Bəşiqədə yeni fitnə odunu alovlandırıb. Məsud Barizani deyib: Kürd peşmərgələrin ələ keçirdikləri ərazilərdən çıxması müzakirə mövzusu belə ola bilməz.

Mosulun azad edilməsi əməliyyatı hər gün yeni nailiyyətlərlə müşayiət olunur. Mosulun azad olunması əməliyyatının qərb istiqamətdə gedən 3-cü mərhələsi yeni bir nailiyyətin şahidi olub. Bura Tələfər aeroportu istiqamətidir, iraqlı müştərək qüvvələr buranı təkfirçi İŞİD terrorçularının işğalından qurtara bildilər. 

Xalq səfərbər qüvvələri ilk öncə Məzhali, Təl-üm-Məhyur, Təllər-Rəmic və Təlli-Şəyanı nəzarətə aldılar sonra Tələfər hava limanını üç istiqamətdən mühasirəyə alaraq hücuma keçməzdən önca onun digər ərazilərlə əlaqəsini kəsdilər. Beləliklə iraqlı qüvvələrin bu hava limanına nəzarəti təmin etməsi terrorçuların Mosuldan Suriyayın Ərriqqə şəhərinə əlaqə imkanını kəsmiş oldu. 

Bu nailiyyət Mosulun azad edilməsi əməliyyatının gözlənilməz sürətindən xəbər verir. 

Bir aydır start verilən bu əməliyyatda 2 mindən çox İŞİD terrorçusu öldürülüb . Bundan əlavə 125 terrorçu da iraqlı qüvvələr tərəfindən əsir edilib və 120 zirehli texnika məhv olub, terrorçuların onlarla minomyotu ələ keçirilib, 350-dən çon əldə qayırma bomba zərərsizləşdirilib. Bu müddətdə 180 kənd və qəsəbə azad edilib. Bunlardan əlavə onlarla zavod və emalatxana eləcə də neft quyusu İŞİD terrorçularının nəzarətindən çıxarılıb. 

Belə bir şəraitdə İraq Kürdüstanının başçısı Məsud Barizani tərəfindən Bəşiqədə siyasi fitnə odu alovlandırılıb. Barizani kürd peşmərgələrin Mosul əməliyyatından öncə ələ keçirdikləri ərazilərdən çıxmayacaqlarını vurğulayıb. Barizani Bağdad ilə Vaşinqton arasında bu bölgələr barədə imzalanmış razılaşmanı əsas götürür. Bu bölgələr Əl-Xəmur ərazilərinin qərb hissəsi, Əl-Xazer, Səncar və Kərkükün cənub qərbindən ibarətdir. Bu isə İraqın baş naziri Heydər Əl-İbadinin dediklərinin əksinədir. O peşmərgə qüvvələrinin  iki il öncə İŞİD-in nəzarətinə keçən bölgələrdən öncəki mövqelərə qayıtmalı olduqlarını bildirmişdi. Beləliklə Barizani mərkəzi Bağdad hökuməti ilə yeni ixtilaf şölələrini alovlandırır. Bu hərəkəti başlamazdan öncə ona son qoymaq daha asan ola bilər. 

 

Teqlər