Yəməndə Səudiyyə muzdluları öldürülüb
-
Yəməndə Səudiyyə muzdluları öldürülüb
Yəmən qüvvələrinin təcavüzkar Səudiyyə Ərəbistanı ordusunun mövqelərinə qarşı hücumunda onlarla muzdlu öldürülüb.
İRNA-nın verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri ilə Səudiyyə hərbçiləri arasında Yəmənin cənubunda Təəz vilayətinin Əl-Vazeiyyə şəhərində gedən toqquşmalarda 35 Səudiyyə hərbçisi ölüb bir neçəsi də yaralanıb.
Yəmən ordusu həmçinin Təəzin cənubunda Əşşəcər dağlarına nəzarəti təmin edib və Səudiyyə hərbçilərini ağır tələfata məruz qoyub.
Yəmənli qüvvələr Səudiyyə hərbçilərinin Məarib vilayətinin Əzzəbab bölgəsinə qarşı hücumunu da zərərsizləşdirib.
Səudiyyə Ərəbistanının cənubunda Cazan şəhərində yerləşən Əl-Məzab hərbi qərargahı da Yəmən ordusunun raketlərinin hədəfinə çevrilib. Bu əməliyyatda Səudiyyə hərbçiləri çoxlu sayda tələfat veriblər.
20 aydan çoxdur ki, Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq üçün Yəmən xalqına qarşı hər tərəfli müharibə aparır.
Ərrəyad bu bərabərsiz müharibədə nəinki heç bir nailiyyət qazana bilməyib hətta çoxlu sayda tələfat verib ağır maliyyə ziyanlarına düşüb. Səudilərin Yəmənə qarşı 600 günlük müharibədə 11 min adam ölüb, 19 min insan yaralanıb.