Noy 17, 2016 19:16 Asia/Baku
  • Rəsmi Bağdadın Barzaniyə reaksiyası
    Rəsmi Bağdadın Barzaniyə reaksiyası

İraq hökuməti İraq Kürdüstanı ilə hər hansı bir yeni anlaşmanı rədd etdi.

İRNA-nın verdiyi məlumata görə, İraqın baş nazirlik ofisi İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin son sözlərinə reaksiya olaraq bir bəyanat yayıb. Bəyanatda bildirilir ki, Neynəva əyalətinin İŞİD-in işğalından azad edilən əraziləri ilə bağlı İraq Kürdüstanı ilə hər hansı bir yeni anlaşma əldə olunmayıb.

Bu bəyanatda bildirilir ki, kürd peşmərgə yaraqlıları Neynəva əyalətində İŞİD terrorçularına qarşı İraq silahlı qüvvələrinin kənarında mübarizə aparır.

İraqın baş nazirlik ofisi tərəfindən verilən bəyanatda həmçinin bildirilir ki, kürd peşmərgə yaraqlıları Mosulun İŞİD-in işğalından azad edilməsindən sonra tam şəkildə geri çəkilməlidirlər. Necə ki, artıq bir neçə məntəqədə bu iş baş tutub.

İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzani dünən qalmaqal yaradan çıxışında iddia edib ki, kürd peşmərgə yaraqlılarının, Mosulun azad edilməsi əməliyyatında nəzarət altına aldıqları ərazilərdə qalmaları barədə Amerika ilə razılığa gəlib.

Barzaninin bu sözləri İraq rəsmilərinin ciddi reaksiyalarına səbəb olub.

Teqlər