Bir qrup Türkiyə hərbçisi Almaniyadan sığınacaq istədi
Almaniyanın cənub-qərbində yerləşən NATO-nun hərbi bazasındakı bir qrup Türkiyə hərbçisi bu ölkədən siyasi sığınacaq istəyib.
Almaniyanın Kayzerslatern məntəqəsinin müdiri Paul Yunker çərşənbə günü Tages Spigel qəzeti ilə müsahibədə deyib: NATO-nun hərbi bazasındakı bir qrup Türkiyə hərbçisi ölkələrinə qayıtdıqları zamanı həbs ediləcəklərindən qorxaraq, Almaniyadan siyasi sığınacaq almağa çalışır.
Yunker əlavə edib: Almaniyadan siyasi sığınacaq istəyən Türkiyə hərbçiləri və onların ailə üzvlərinin sayı hələ ki, dəqiqləşdirilməyib.
Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdinin ardınca bu çevrilişə cəhdin arxasında duran hərbçilər və dövlət qulluqçuları həbs edilərək, məsuliyyətə cəlb edilirlər.
Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdi zamanı 240 nəfər həyatını itirmiş və 2000 nəfər yaralanmışdı.