Mosulun cənubunda bir qrup İŞİD-çi öldürülüb
İraq federal polisinin komandanı Mosulun cənubunda bir qrup İŞİD-çinin öldürülməsindən xəbər verib.
Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, İraq federal polisinin komandanı Raid Şakir Cəudət dünən bildirib ki, Mosulun cənubundakı Ələzəbə və Əlşamiyyə kəndlərinin azad edilməsi əməliyyatlarında azı 28 İŞİD terrorçusu məhv edilib.
Digər tərəfdən, xalq qüvvələri komandanlarından olan Həsən Əlsufi deyib: İŞİD terrorçuları Kərkük vilayətində yerləşən Huvəycə məntəqəsindən qaçmaqda olan 75 iraqlını mülkilərin İŞİD-in nəzarəti altda olan bazadan Kərkük və Səlahəddinə doğru köçürülməsində iştirak ittihamı ilə oğurlayıblar.
Bu komandanın sözlərinə görə, iraqlı qüvvələrin bu ölkənin müxtəlif məntəqələrindəki nəzərəçarpacaq irəliləyişlərindən sonra İŞİD terrorçuları öz uğursuzluqlarının əvəzini çıxmaq üçün sivillərdən insan sipəri kimi istifadə edirlər.
Kərkük vilayətinin cənub-qərbində yerləşən Huvəycə rayonu 2014-cü ildən İŞİD terrorçularının işğalı altındadır.