Səud muzdurlarının Yəməndə məğlubiyyəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246245-səud_muzdurlarının_yəməndə_məğlubiyyəti
Yəmənin ordusu və xalq qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrindəki əməliyyatında bir qrup səud muzduru öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2016 16:01 Asia/Baku
  • Səud muzdurlarının Yəməndə məğlubiyyəti

Yəmənin ordusu və xalq qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrindəki əməliyyatında bir qrup səud muzduru öldürülüb.

Əlaləm telekanalının məlumatına görə, Yəmənin ordusu və xalq qüvvələri uğurlu bir əməliyyatda Cəhməliyyə məntəqəsində ərəbistanlı muzdurların irəliləmələrini zərərsizləşdiriblər.

Bu döyüşlərdə bir qrup səud muzduru ölüb və yaralanıb.

Təizdə də Yəmənin ordusu və xalq qüvvələri səud muzdurlarının işğalında olan bəzi məntəqələri işğaldan çıxara biliblər.

Yəmənin ordusu və xalq qüvvələrinin Midi çölündəki əməliyyatında səud muzdurları geri çəkilməyə məcbur olublar.

Əlcuf vilayətinin Əqəbə məntəqəsində də yəmənli qüvvələr səud muzdurlarının irəliləyişlərini dayandıra biliblər. Bu əməliyyatda da bir qrup səud muzduru öldürülübdür.

Yəmənin ordusu və xalq qüvvələri bu ölkənin müxtəlif məntəqələrində təşəbbüsü əla alaraq, səud qüvvələrinin Yəmənə doğru irəliləmələrinə icazə vermirlər.