İŞİD Suriyada kimyəvi silahlardan istifadə edib
Bir beynəlxalq gözətçi orqanı bildirib ki, İŞİD terrorçuları kükürd və xardal qazları istehsal edərək, onlardan Suriyaya və İraqa qarşı hücumlarda istifadə ediblər.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının sədri Əhməd Üzümçü dünən deyib ki, bu orqanın laboratoriyalarında sınaqdan keçirilmiş İraq və Suriyada toplanmış nümunələr ondan xəbər verir ki, bu maddələr ehtimal üzrə İŞİD-in özü tərəfindən istehsal olunubdur.
Üzümçü əlavə edib: İŞİD-in hücumlarında işlədilmiş maddələr aşağı keyfiyyətə malikdirlər, amma yenə də zərərli ola bilərlər.
Üzümçünün bu sözləri BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi hücumlar barədə təhqiqat qrupunun tapşırıq müddətini daha bir il müddətinə uzatmasından sonra söylənibdir.
Üzümçü əlavə edib: Avqustun əvvəlindən Suriyanın Hələb və İdlib kimi şimal bölgələrində xlor qazı və tanınmamış maddələr barədə bir neçə hücum haqda məlumat yayılıb.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının sədri sonra deyib: Bu məlumatların sayı 20-dən yuxarıdır və hətta cümə axşamı günü də suriyalı rəsmilər özlərinə qarşı kimyəvi hücumlar barədə yeni məlumatlar təqdim ediblər.
Suriya Xarici İşlər Nazirliyi bundan öncə BMT-yə ünvanladığı məktubda belə vurğulamışdı: Bu təşkilat və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı bu silahların terrorçular tərəfindən Hələbdə istifadəsi qarşısında susublar.
Hələbin şərq məntəqələrində yerləşmiş terror qrupları son günlər xlor qazına malik mərmilərlə Nirəb məntəqəsini və onun ətrafını hədəfə alıb və onlarla hərbçi və mülkini yaralayıblar.
Terrorçular habelə Hələb şəhərinin beynəlxalq hava limanının yaxınlığında kimyəvi silahlardan istifadə ediblər ki, nəticədə otuz suriyalı əsgər boğuntu halına düşübdür.
Suriyanın Moskvadakı səfiri- Riyaz Həddad vurğulayıb ki, terror qrupları kimyəvi silahları terrorizmi dəstəkləyən ölkələrdən alır və Suriyada istifadə edirlər.