Hüseyn(ə) Ərbəinində müsəlmanların ən böyük vəhdət manevrinin nümayişi
Bu il Hüseyn(ə) Ərbəini mərasimi İmam Hüseyn(ə) əzadarlarının mənəvi və şövqlü iştirakı ilə müsəlmanların ən böyük vəhdət manevrinin nümayişinə çevrilib.
Bu gün, bazar, səfər ayının 20-si, Hüseyn(ə) Ərbəini günü, İrandan və müxtəlif ölkələrdən olan heyət və dəstələr təyin olunmuş istiqamətlərdən sinə vurmaq və növhə oxumaqla Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) ziyarətgahının pak səhninə daxil olurlar.
Yenə də Kərbəla şövq işindədir. Yenə də bütün aşiqlərin buradakı halı tamaşa olunasıdır. Əzadarlığın kulminasiya nöqtəsi, Hüseyn(ə) Ərbəini günündə Beynulhərəmeyndədir. Bu əzadarlıq ürəkdən və hüseyni və aşurayi mərifətlə yanaşıdır.
Nəcəf-Kərbəla istiqamətində irəliləyən Hüseyn(ə) Ərbəini yürüşçüləri dünya xalqlarına ünvanlanmış bir məktub yayıblar. Onlar bu müraciətdə, müasir həyatın müxtəlif münasibətlərinin, irqi davalarla xalqları ayran amillər və zalımların maraqları əsasında formalaşması barədə izahatları təqdim edərək, dünyanın müxtəlif ölkələrinin xalqlarını zülmlə mübarizəyə çağırıblar.
Nəcəf-Kərbəla istiqamətində irəliləyən Hüseyn(ə) Ərbəini yürüşçüləri həmçinin məzlumları və zülmlə mübarizəni himayəni vurğulayıblar.
İraq dövləti bildirib ki, iki milyon yarımdan çox xarici zəvvar Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün özünü müqəddəs Kərbəla şəhərinə çatdırıb.
İran, Bəhreyn, Ərəbistan, Qətər, Küveyt və hətta Afrikanın cənubundan olan heyətlər Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İraqa gəliblər.
İraqın otuz mindən çox təhlükəsizlik qüvvəsi bu ilin Hüseyn(ə) Ərbəini mərasiminin təhlükəsizliyini bərqərar etməyi üzərinə görürüb.