Noy 20, 2016 13:22 Asia/Baku
  • Yəmənin şimal-qərbində Ərəbistanın əməliyyatı məğlubiyyətə uğrayıb
    Yəmənin şimal-qərbində Ərəbistanın əməliyyatı məğlubiyyətə uğrayıb

Yəmənin ordu və xalq komitələri qüvvələri Ərəbistan qüvvələrinin Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətindəki hücumunu dəf edərək, işğalçı qüvvələri daha bir ağır məğlubiyyətə uğradıblar.

Yəmənin Əlməsirə xəbər agentliyinin məlumatına görə, dəniz və hava himayəsilə Yəmənin Həccə vilayətində yerləşən Midi məntəqəsinin sahilnə doğru irəliləmək niyyətində olan Ərəbistan qüvvələri Yəmənin ordu və xalq komitələri qüvvələrinin sayıqlığı ilə məğlubiyyətə düçar və geri çəkilməyə məcbur olublar.

Ötən iki gündə yeddinci dəfədir ki, təcavüzkar səud qüvvələri və onların muzdurlarının Yəmən ərazisində irəliləmək üzrə hərəkəti uğursuzluqla üzləşir.

Belə bir halda, yəmənli mənbələr bildiriblər ki, Yəmənin cəunubundakı Əbin vilayətində bomba partlayışı nəticəsində iki yəmənli hərbçi həlak olub, dörd nəfər də yaralanıbdır.

Bu partlayış Ludər rayonunun təhlükəsizlik təşkilatı məkanında və bu rayonun hərbi qüvvələrinin hərəkəti yolunda törədilib; nəticədə iki hərbçi həlak olub, dörd nəfər də yaralanıbdır.

Əbin vilayəti və digər cənub vilayətləri İŞİD və Əlqaidə kimi terror qruplarının meydan suladıqları məkanlardır. Ərəbistanın Yəmənə hücumu terror qruplarının fəaliyyətləri üçün daha çox zəmin yaradıb və səbəb olubdur ki, terrorçular siyasi boşluqdan ən yaxşı tərzdə bəhrələnsinlər.

20 aydan çoxdur ki, Ərəbistan bir neçə ərəb ölkəsi və Amerikanın əlbirliyi və Yəmənin istefa vermiş prezidenti Əbd Rəbb Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmən xalqına qarşı hərtərəfli bir savaş törədibdir. Ərəbistanın Yəmənə qarşı savaşının qurbanlarının sayı göstərir ki, ərəb koalisiyasının 600 gün hücumu boyu azı 11 min 403 yəmənli həlak olub, 19 min 343 yəmənli, o sıradan yüzlərlə qadın və uşaq da yaralanıbdır.

 

Teqlər