Cahangiri: Hüseyn(ə) Ərbəini yürüşü sülh və azadlıq simvoludur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246470-cahangiri_hüseyn(ə)_Ərbəini_yürüşü_sülh_və_azadlıq_simvoludur
İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini yürüşünü sülh və azadlıq simvolu adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2016 14:20 Asia/Baku
  • Cahangiri: Hüseyn(ə) Ərbəini yürüşü sülh və azadlıq simvoludur

İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini yürüşünü sülh və azadlıq simvolu adlandırıb.

İran İslam Respublikasının birinci vitse-prezidenti- İshaq Cahangiri bu gün Nəcəf-Kərbəla yolunda Həzrət Əli İbn Musa Əl-Riza(ə) məntəqəsinin namazqılanları qarşısında İraq dövlətinə təşəkkür edərək, əlavə edib: Hüseyn(ə) Ərbəini mərasiminin çatışmayan cəhətləri aşkarlanaraq, bu mərasim daimi bir hərəkətə çevrilməlidir.

İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini münasibətilə başsağlığı verərək, deyib: Şəhidlər ağasının qanı İslamın hakimiyyəti dövründən bəri qaynayır və nicat yolunu hamının qarşısına qoyur.

Cahangiri söyləyib: Hüseyn(ə) Ərbəini mərasimi müstəsna bir fenomenə çevrilibdir ki, milyonlarla aşiq insan ədalətsevər və sülhsevər şüarı ilə İmam Hüseyn(ə)-ın pak ziyarətgahına gedib çıxan yolları keçir.

Cahangiri eyni zamanda vurğulayıb: İraq dövləti Mosulda İŞİD ilə döyüşlə məşğuldur və böyük Hüseyn(ə) Ərbəini mərasimini idarə etmək çətindir.

İran İslam Respublikasının birinci vitse-prezidenti İraqın baş naziri ilə olmuş telefon söhbətinə toxunaraq, deyib: Mosulun bir milyon yarım nəfərlik sakini vardır ki, bir səngərdə terrorçuları çıxarmağa çalışır.

İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək məqsədilə bu gün səhər İraqın Nəcəfi-Əşrəf şəhərinə daxil olub.