Vəlid Əlmuəllim: Di Misturanın Hələbin şərqinin muxtariyyəti üzrə planı rədd olunur
Suriyanın xarici işlər naziri vurğulayıb: BMT-nin Suriya məsələləri üzrə nümayəndəsinin Hələbin şərqinin muxtariyyəti üzrə planı rədd olunur və qəbulolunası deyil.
ISNA-nın məlumatına görə, Suriyanın xarici işlər naziri Vəlid Əlmuəllim bu gün Dəməşqdə BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Di Mistura ilə görüşdən sonra bir mətbuat konfransında deyib: Di Mistura Suriya sülh müzakirələrinin bərpasına kömək üçün diqqətəlayiq bir addım atmayıb və bu müzakirələr üçün bir zaman elan etməyibdir.
Vəlid Əlmuəllim Suriya böhranının həllində BMT-nin rolunu vurğulayaraq, deyib: Suriya dövləti xarici müdaxilədən uzaq olan hər bir yığıncağı alqışlayır; istər, bu yığıncaq Suriyada keçirilsin, istərsə də Cenevrədə.
Vəlid Əlmuəllim söyləyib: Terrorçular və yaraqlı şəxslər hər zaman Hələbdən çıxmaq istəyərlərsə, Suriya dövləti onlar üçün bir məkan təmin edəcək və indiyədək Suriya dövləti atəşkəs və sakinlərin Hələbin şərqindən çıxmaları üçün üç fürsət yaradıbdır.
Suriyanın xarici işlər naziri vurğulayıb: 275 min suriyalının Hələbin şərqində terror qruplarının girovunda olduğu bir halda, öz vətəndaşlarını qorumaq Suriya dövlətinin borcudur.
Vəlid Əlmuəllim bu ölkə böhranının həlli üzrə səyi vurğulayaraq, deyib: Suriya ilə Türkiyə arasında Türkiyənin Suriya ərazisinə hücumu barədə heç bir əlaqə və ya koordinasiya mövcud deyil və həmin ölkənin Suriyadakı terror qruplarını dəstəkləməsi daha heç kəsə gizli deyil.
Suriyanın xarici işlər naziri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mövqeyi barədə isə deyib ki, Suriya dövləti həmin ölkə xalqının seçimini himayə edir və hələlik Donald Trampın dövründə Amerikanın xarici siyasəti barədə fikir söyləmək olmaz.