Kərbəlayi Muəllada güclü təhlükəsizlik tədbirləri
Hüseyn(ə) zəvvarlarını himayə məqsədilə Kərbəlayi Muəllada təhlükəsizlik tədbirləri gücləndirilib.
Əlaləm telekanalının məlumatına görə, Hüseyn(ə) Ərbəini mərasimindən iki gün keçsə də Kərbəlayi Muəlla milyonlarla zəvvarla doludu və bu üzdən, İraqın təhlükəsizlik təşkilatları bu şəhərdə təhlükəsizlik tədbirlərni gücləndiriblər.
Kəbəla polis idarəsinin məlumatına görə, Ərbəin mərasimində İraqın daxili və xaricindən gəlmiş 23 milyondan çox zəvvar iştirak edib.
Yerli rəsmilər əksər hissəsi iranlı olan xarici zəvvarların sayını üç milyon nəfər hesab ediblər.
Belə bir halda, Kərbəla valisi Əqil Əltərihi Ərbəin zəvvarlarının təhlükəsizliyinin təminində iraqlı qüvvələrin bacarığına toxunaraq, deyib: İraqlılar terrorçularla mübarizə ilə yanaşı dini mərasim də keçirməyə və bu mərasimə yaxşı təhlükəsizlik dəstəyi verməyə qadirdirlər.
Əqil Əltərihi söyləyib: Builki Ərbəin mərasimi zəvvarların sayı baxımından misilsiz idi, xüsusən ona görə ki, builki mərasim ötən illərlə müqayisədə on gün tez başlanmışdı.