İraqlı komandan: Minlərlə mülkini xilas etdik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246842-İraqlı_komandan_minlərlə_mülkini_xilas_etdik
İraqın sürətli reaksiya qüvvələrinin komandanı deyib: İraqlı qüvvələr indiyədək minlərlə mülkini İŞİD terrorçularından xilas edilblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2016 07:21 Asia/Baku
  • İraqlı komandan: Minlərlə mülkini xilas etdik
    İraqlı komandan: Minlərlə mülkini xilas etdik

İraqın sürətli reaksiya qüvvələrinin komandanı deyib: İraqlı qüvvələr indiyədək minlərlə mülkini İŞİD terrorçularından xilas edilblər.

General Samir Əl-Hüseyni Əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib: Cənub istiqamətdə iraqlı qüvvələrin qarşıya qoyduqları missiya sona çatmaq üzrədir və Mosul şəhərinin  mərkəzinə daxil olmaqdan ibarət olan yekun mərhələ başlamaqdadır. 

İraqlı komandan deyib: Sürətli reaksiya qüvvələri İŞİD qrupu ünsürlərinin gücünü tükətmək üçün onların 8 hərbi mərkəzini məhv edib, hava hücumlarını gücləndirərək çoxlu sayda İŞİD-çini öldürüb və şəhərin mərkəzinin terrorçulardan təmizlənilməsinə səy göstərməkdədir. İraqlı general deyib: Cənub istiqamətində missiyamız sona çatmaqdadır və Mosul şəhərinin mərkəzinə daxil olmaq ərəfəsindəyik. 

General Samir Əl-Hüseyni deyib: İŞİD qrupu mülkinin canına laqeyddir və onları əməliyyat zonasında saxlamaq istəyir. İraqlı general deyib: İraqlı qüvvələr mülkinin xəsarət almaması üçün öz hədəflərini diqqətlə müəyyənləşdirməyə çalışır. İraqlı qüvvələr indiyədək minlərlə mülkini bu terrorçu qrupun əlindən xilas edə bilmişdir.