ABŞ və Səudiyyə Ərəbistanından alınan silahlar İŞİD-çilərin əlində
-
ABŞ və Səudiyyə Ərəbistanından alınan silahlar İŞİD-çilərin əlində
ABŞ və Səudiyyə Ərəbistanının şərəqi Avropadan aldıqları silahlar bu gün Mosulda təkfirçi sionist İŞİD qrupunun əlindədir.
BBC telekanalı bir araşdırmada bildirib ki, Mosulda İŞİD tərəfindən istehsal olunan 120 milimetrlik minomyotlar bir bağda anbar edilib və istifadəyə hazır vəziyyətdə imiş. İndi həmin ərazi İŞİD terrorçularından təmizlənilib. " Toqquşmalarda istifadə edilən silahlar barədə araşdırma" qrupu bu bağda aşkar edilən sihal və hərbi sursatların fotolarını çəkir . Araşdırmaçılar üçün ən əsas məsələ İŞİD-in istifadə etdiyi silah-sursatın böyük hissəsinin xaricdən təmin olunmasını sübut edən faktları toplamaqdan ibarətdir.
Sadəcə Türkiyənin daxili bazarında satılan sənayedə istifadə edilən kimyəvi maddələrdən ibarət kisələrin üzərində bu kimyəvi maddənin istehsalçı şirkətinin adı, ünvanı və telefon nömrəsi müşahidə olunur.
Öndəki otaqda komikadze kəmərləri görünür, arxa otaqlarda isə piyadaya qarşı raket qutuları.
Bu raketlər və bəzi digər hərbi təchizat və silahlar Avropanın şərqində yerləşən zavodlarda istehsal edilir, onları ABŞ və Səudiyyə Ərəbistanı satın alırlar. Həmin silah-sursatın Türkiyə yolu ilə ABŞ və Səudiyyə Ərəbistanının Suriyada dəstəklədikləri isyançıların ixtiyarına verilməsi qərara alınmışdı, halbuki bu silahlar Suriya ərazisindən İraqa oradan da Mosula köçürülüb. İŞİD bu silah-sursatdan iraqlı qüvvələrə qarşı istifadə edir.