Türkiyə hökuməti öz layihəsini geri aldı
-
Binalı Yıldırım
Türkiyə hökuməti qanuni yaşa çatmamış qızlarla cinsi əlaqəyə girənlər barədə verdiyi layihəni geri alıb.
İLNA-nın verdiyi məlumata görə, Türkiyənin baş naziri Binalı Yıldırım dünən bir mətbuat konfransında deyib: Hökumət qanuni yaşa çatmamış qızlarla cinsi əlaqənin cəzalandırılması qanununa dəyişiklik layihəsini geri almaq istəyir. Bu layihənin parlamentə təqdim olunması qadın və uşaqlrın hüquqlarını müdafiə fəallarının kəskin etirazlarına səbəb olmuşdu. Bu layihəsin düən Türkiyə parlamentində müzakirə olunacağı gözlənilirdi amma Binalı Yıldırım deyib: "Artıq bu layihəni parlamentin gündəliyindən çıxaracaq və prezidentin nəzərdə tutduğu geniş şəkildə fikir birliyinin yaranmasına imkan yaradılsın və müxalif partiyalara da nəzərdə tutduqları dəyişiklikləri təklif etmələri üçün fürsət verilsin."
Türkiyənin qüvvədə olan qanunlarına görə qanuni yaşa çatmayan qızlarla cinsi əlaqəyə girmək cinsi zəmində zorakılıq hesab olunur. Bu qanuna dəyişiklik layihəsi isə bir çox qadınlara görə qızlara qarşı zorakılıq edənlərin bağışlanmasına yönəlikdir. Məhz buna görə də beş gündür Türkiyənin müxtəlif şəhərlərində qadınlar bu layihəyə qarşı etiraz aksiyaları keçirirlər. Türkiyə prezidentinin qızı da bu layihənin müxalifləri sırasındadır.