Noy 23, 2016 19:05 Asia/Baku
  • Terrorçuların Suriya ilə əlaqələri kəsildi
    Terrorçuların Suriya ilə əlaqələri kəsildi

İraq rəsmiləri bildirirlər ki, bu ölkə qüvvələri Mosul şəhərinin digər məntəqələr ilə əlaqələrini tam şəkildə kəsiblər. Bununla da İŞİD-in işğalı altında olan Mosulun mühasirəsi təkmilləşdirilib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Mosulun cənubunda gedən döyüşlərdə əsasən ərəb ölkələri vətəndaşı olan onlarla xarici İŞİD terrorçusu öldürülüb.

İraqın könüllü xalq qüvvələrinin komandanlarından olan Əbu Məhdi Əlmühəndis bildirib ki, Mosulun azad edilməsi əməliyyatının 4-cü mərhələsi də başa çatıb.

İraqlı xalq qüvvələri Mosula doğru irəliləyişin davamında Tələfər şəhərinin mühasirəsini təkmilləşdiriblər və şəhərin ətrafındakı kəndləri azad ediblər.

Teqlər