Bağdad terraktlarında 6 nəfər həlak olub, 21 nəfər yaralanıb
-
Bağdad terraktlarında 6 nəfər həlak olub, 21 nəfər yaralanıb
İraq paytaxtında 4 partlayış nəticəsində 6 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, çərşənbə günü İraq paytaxtı Bağdad şəhərinin şimal-şərqində izdihamlı bir bazarda bomba quraşdırılmış avtomobilin partladılması 5 nəfərin həlak olması və 8 nəfərin də yaralanması ilə nəticələnib.
Bu partlayış mağazalara, satıcılara və ətrafdakı avtomobillərə ağır xəsarət vurub.
İkinci partlayış Bağdadın şərqində baş verib. Nəticədə bir sivil həlak olub, 10 nəfər yaralanıb və ətraf binalar dağılıb.
Məlumata görə, Bağdadın qərbində polis avtomobilinin yolu üzərində yolkənarı bombanın partladılması nəticəsində 3 polis əməkdaşı yaralanıb.
Həmçinin Bağdadın cənubunda da bir partlayış törədilib. Partlayış tələfatsız ötüşüb, lakin ətrafdakı avtomobillərə ciddi xəsarət vurub.
İndiyə qədər heç bir qrup Bağdaddakı terror aktlarının məsuliyyətini üzərinə götürməyib.