Livan Hizbullahı terrorçularla mübarizəyə təkid edib
-
Livan Hizbullahı terrorçularla mübarizəyə təkid edib
Livan Hizbullahı təkfirçi terrorçuların tam məhv olmasınadək onlara qarşı mübarizənin davam edəcəyini vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, Livan Hizbullahı bir bəyanat yayaraq İraqın Hillə şəhərində İŞİD-in törətdiyi terror aktını pisləyib və terrorçuların kökünün kəsilməsi üçün səylərin artırılmasını, terrorçuların alçaq niyyətlərinin reallaşmasaına maneəçilik törədilməsini, beynəlxalq və regional güclərin intiqamçı xiyasətlərinin nakam qoyulmasına təkid edib.
Livan Hizbullahı yaydığı bəyanatda bildirib: İŞİD-in Hillədə törətdiyi cinayət, ağılsız və dinsiz qrupların törətdikləri qırğınlar və terrorçu cinayətlər seriasının davamıdır. Onlar mömin və günahsız insanların qanını axıdırlar ona görə ki, özlərinin dini iddialar arxasında gizlətdikləri kinələrini həyata keçirmiş oldunlar.
Bəyanatda deyilir: Terrorçular iraqlılar və onların müsəlman ölkələrdən olan qonaqlarının iradəsi qarşısında məğlubiyyətə uğramış beynəlxalq və regional güclərin intiqam xarakterli siyasətlərini icra edirlər.
Dünən Bağdadın cənubunda Babil vilayətinin Hillə şəhərinin Şumlu bölgəsində bir yanacaq doldurma məntəqəsində törədilən terrorçu partlayışda 80 nəfər şəhid olub 20-dən çox adam yaralanıb.
Terrorçu İŞİD qrupu bu terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Terror aktında şəhid olanlardan 40 nəfərinin iran vətəndaşı olduğu bildirilir. .