Qəzzə zolağında fələstinli xəstələrin acınacaqlı durumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i247292-qəzzə_zolağında_fələstinli_xəstələrin_acınacaqlı_durumu
Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında yanacaq və enerji çatışmazlığına görə, fələstinli xəstələrin acınacaqlı durumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2016 14:53 Asia/Baku
  • Qəzzə zolağında fələstinli xəstələrin acınacaqlı durumu
    Qəzzə zolağında fələstinli xəstələrin acınacaqlı durumu

Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında yanacaq və enerji çatışmazlığına görə, fələstinli xəstələrin acınacaqlı durumundan xəbər verib.

MƏA fələstinli xəbər agentliyinin məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, Qəzzə zolağının sionist rejim tərəfindən mühasirəyə alınmasına toxunub və bildirib ki, Qəzzə zolağında yanacaq və enerji çatışmazlığına görə, Qəzzədəki "Əldurə" uşaq xəstəxanasında səhiyyə xidmətləri dayandırıla və fələstinli xəstə uşaqlar tibbi yardımlardan məhrum ola bilərlər.

Fələstin Səhiyyə Nazirliyi həmçinin Qəzzədə yanacaq çatışmazlığının elektrik və elektronik təchizatlardan istifadə edən fələstinli xəstələrin həyatında buraxacağı təsirlər barədə xəbərdarlıq edib.

Sionist rejim 2006-cı ildən və Həmas təşkilatının Fələstin parlament seçkilərində qalib gəlməsindən sonra Qəzzə zolağını mühasirəyə alıb və bu məntəqəyə yanacaq, dərman və tikinti materiallarının daxil olmasının qarşısını alır.