Noy 26, 2016 10:59 Asia/Baku
  • Qəzzədə insan faciəsinin baş verməsi ehtimalı haqda xəbərdarlıq

Fələstin Səhiyyə Nazirliyi mühasirə olunmuş Qəzzə məntəqəsində yanacaq çatışmazlığı üzündən insan faciəsinin baş verməsi ehtimalı haqda xəbərdarlıq edib.

IRIB-nin məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əlqədrə dünən bir mətbuat bəyanatında bildirib ki, Qəzzə zolağında xəstəxanaların fəaliyyətlərinin davam etməsi üçün lazım olan yanacağın çatışmaması və elektrik cərəyanının gündə səkkiz saatdan çox kəsilməsi səbəbindən bu məntəqədə insan faciəsinin baş verməsi ehtimalı var.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü bütün əlaqədar tərəflərdən istəyibdir ki, minlərlə xəstənin müalicəsi üçün Qəzzə zolağında fələstinli xəstəxanaların fəaliyyətlərinə lazım olan yanacaq maddələrinin təmini məqsədilə təcili addımlar atsınlar.

Fələstin Səhiyyə Nazirliyi bundan qabaq da Qəzzə zolağının şərqindəki "Şəhid Muhəmməd Əldurə" uşaq xəstəxanasında real böhranın başlanmasından xəbər vermişdi. Bu xəstəxana təqribən 40 min fələstinli uşağa xidmət göstərir.

Sionist rejim 2007-ci ildən bəri Qəzzəni mühasirə edərək, bu vəziyyəti fələstinlilərə qəbul etdirib və dünya ictimaiyyəti öz sükutu ilə onu təsdiqləyir.

Teqlər