Yəmənli qüvvələr səudiyyəlilərin qərargahını raketlə hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i247457-yəmənli_qüvvələr_səudiyyəlilərin_qərargahını_raketlə_hədəfə_alıblar
Yəmən xalq komitələri Səudiyyə Ərəbistanı torpaqlarının daxilində bir hərbi qərargahı raketlə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2016 06:33 Asia/Baku
  • Yəmənli qüvvələr səudiyyəlilərin qərargahını raketlə hədəfə alıblar
    Yəmənli qüvvələr səudiyyəlilərin qərargahını raketlə hədəfə alıblar

Yəmən xalq komitələri Səudiyyə Ərəbistanı torpaqlarının daxilində bir hərbi qərargahı raketlə hədəfə alıb.

Sinxua agentliyinin verdiyi məlumata görə, Yəmən xalq komitələri bu gün bildirib ki, Səudiyyə Ərəbistanının Əsir bölgəsində Xamis Muşait şəhərində yerləşən Əl-Lamuzə hərbi qərargahını ballestik raketlə hədəfə alıb. 

Yəmən xalq komitələrinin başçılarının dediklərinə görə, bu raket hücumu Yəmənin yaşayış məntəqələrinin Səudiyyə qırıcıları tərəfindən bombardıman edilməsinə cavab olaraq həyata keçirilib. 

Son 24 saat ərzində Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin müxtəlif bölgələrində yaşayış məntəqələrinə qarşı hava hücumlarında uşaqlarda daxil olnlarla mülki həlak olub yaxud yaralanıb. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hava hücumları 2015-ci il martın 26-dan başlanıb. Bu müddətdə 10 mindən çox yəmənli səudiyyəlilərin hava hücumları nəticəsində şəhid olub.