ABŞ hərbçiləri Yəmənin cənubuna daxil olublar
-
ABŞ hərbçiləri Yəmənin cənubuna daxil olublar
Səudiyyə Ərəbistanı və onun muzdlularının Yəmənə qarşı hücumları güclənərkən bəzi qaynaqlar ABŞ hərbçilərinin Yəmənin cənubuna daxil olmalarından xəbər veriblər.
Əl-Aləm telekanalı Yəmən qaynaqlarına istinadən bildirib ki, bir qrup amerikan hərbçi dünən Yəmənin Ədən vilayətinə daxil olub.
Yerli qaynaqlar Amerikanların Ədənə daxil olması xəbərini təsdiqləyərək bunun səbəbləri barədə məlumat verməyiblər.
Hərbi qaynaqlar bildiriblər ki, Amerika qüvvələri istefada olan prezident Əbd Rəbbə Mənsur Hadi Mükəssər şəhərinə daxil olarkən həmin şəhərdə bir hotelə daxil olublar.
Amerika Səudiyyə Ərəbistanının istefada olan prezidenti hakimiyyətə qaytarmaq üçün həyata kerçirdiyi Yəmənə qarşı hücumlarına dəstək verir.
Əl-Aləm telekanalı bildirib ki, Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələri dünən Mətmə bölgəsi və Cof vilayətinə qarşı hava hücumlarında əhalinin evlərinə ziyan vurublar.