Noy 28, 2016 11:34 Asia/Baku
  • Vətəndaşlar Hələbin şərqindən çıxarkən terrorçular atəş açıb
    Vətəndaşlar Hələbin şərqindən çıxarkən terrorçular atəş açıb

Hələb şəhərinin şərq bölgələrinin sakinləri çoxlu təhlükələr, o cümlədən terror qruplarının snayperlərindən keçməklə özlərini təhlükəsiz bölgələrə çatdırırlar.

Əl-Minar televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri vətəndaşların Hələbin şərqindən təhlükəsiz çıxışı üçün çoxlu səy göstərirlər. 

Əl-Minar televiziyasının müxbiri deyir: Hələbin şərqində döyüşlər evbəevdir və ordu qüvvələri və silahlı qrupların bir-birləri ilə çox az məsafələri vardır. 

Suriya vətəndaşlarından biri deyib: Hələbin şərqində vəziyyət olduqca acınacaqlıdır və vətəndaşlar terror qruplarının mühasirəsindədirlər. 

Başqa bir vətəndaş deyib: Ordunun bölgədə iştirakı ilə biz təhlükəsizliyi hiss edirik. 

Məhəllənin bir hissəsində əl-Minar müxbiri Cəbəl Bədri Hələbin şərq sakinləri ilə qarşılaşıb. Onlar bu bölgəni tərk etməkdə idilər. Lakin silahlı qrupların snayperləri onların hərəkətinə mane olurlar. 

Bu bölgədə ordu qüvvələri snayperlər üçün şəraiti çətinləşdirməklə vətəndaşların keçidinə yol açmağa çalışırlar. 

Teqlər