İraq xalq səfərbər qüvvələri Mosulun qərbində iki kəndi azad etdi
-
İraq xalq səfərbər qüvvələri
İraqın xalq səfərbər qüvvələri Mosulun qərbində daha iki kəndi azad edib və bu şəhərin şimalında 60-dan çox terrorçunu öldürüblər.
İraqın xalq səfərbər qüvvələri (Həşdüş-Şəəbi) Tələfər rayonunun Bəynunə və Ələcburi kəndlərini azad edib, şimal istiqamətində İraq qüvvələrinin əməliyyatı çərçivəsində 60-dan çox terrorçunu öldürüb və terrorçulara ağır zərbələr endiriblər.
Əl-İraqiyyə televiziyasının məlumatına görə, xalq səfərbər qüvvələrinə bağlı təbliğat qərargahı bildirib: Xalq səfərbər qüvvələri yeni bölgələri azad etməkdən əlavə İŞİD terrorçularına ağır zərbələr endiriblər. Digər tərəfdən xalq səfərbər qüvvələri qərb istiqamətində Təll Səmir əl-Kəbir bölgəsini tam şəkildə azad edə biliblər. Həmçinin bu qüvvələr Tələfərin qərbində bu bölgələri azad edərək 400 ailəni İŞİD terrorçularından xilas ediblər.
İŞİD terror qruplaşması bu 400 ailədən insan sipəri kimi istifadə edirmiş. Digər tərəfdən ordunun hərbi bölmələri Mosulun qərb sahili ətrafında irəliləyişlərə imza atıblar. Bu irəliləmədə İŞİD terrorçularına ağır zərbələr endirilib.
Hərbi komandanlar deyirlər: Bu irəliləyişlər şərq istiqamətində ordunun Terrorizmlə Mübarizə Təşkilatı qüvvələrinin irəliləməsi ilə nəticələnəcəkdir.
Ordunun 16-cı diviziyasının komandanı general Sabah əl-Əzavi deyib: Qüvvələrimiz şimal istiqamətindən irəliləməkdədirlər. İnşallaha irəliləyişi davam etdirəcəyik. Bu gün Vərta Xərab, Əssalam, əl-Abbasiyyə kəndlərini azad etdik və təmizlədik, irəliləyişi əl-Qahirə qəsəbəsinə qədər davam etdirəcəyik.
Ordunun zabitlərindən biri bölgədəki hadisələrin detallarını açıqlayaraq deyib: Qarşıdakı bölgənin adı əl-Qahirə qəsəbəsi adlandır və onun binalarından birinin üzərinə İraqın bayrağı sancılmışdır. Bizim onun mərkəzi ilə 1000-1500 metr məsafəmiz vardır. Terrorizmlə Mübarizə Təşkilatı qüvvələrinin İŞİD-ə doğru atəşlərinin də səsi eşidilir. Biz onlara yaxınlaşmışıq və tezliklə bir-birimizə çatacaq və bir-birimizlə görüşəcəyik.
Əl-İraqiyyə müxbiri əlavə edib: Moslun şimal qəsəbələri onlarla didərgin ailənin şahididir. Onlar İŞİD terrorçularının zülmündən qaçmışlar. İŞİD yaşayış massivlərini atəşə tutmaq üçün minaatanlardan istifadə etməkdədir və günahsız sivilləri hədəfə alır.
Ordunun 76-cı diviziyasının komandanı general Əli Xalid də deyib: Bizim üçün ən önəmli məsələ sivillərin həyatını qorumaqdır. Əlhəmdulillah, öz ailəmiz kimi olan bu bölgədəki ailələri xilas etmişik və bu bölgələrdə yalnız İŞİD terrorçuları qalıblar. Onların bizim qüvvələrin qarşısında dayanmaq gücləri yoxdur.
Bu bölgədə qaçqın olan İraq vətəndaşlarından biri deyib: Terrorçular ailələri atəşə tuturlar. Biz buna görə, öz evlərimizdən qaçdıq. Ordu qüvvələri bizimlə çox yaxşı davranırlar. Allah onların yardımçısı olsun.
Ordunun şimal istiqamətindəki qüvvələri ötən saatlarda da irəliləmiş, 60-dan çox terrorçunu öldürmüş, çoxlu sayda bomba quraşdırılmış avtomobili məhv etmiş, yerləşdirilən bomba və minaları aşkarlamış və zərərsizləşdirmiş və İŞİD terrorçularının tunelləri və torpaq səngərlərini məhv etmişlər.