Könüllü xalq qüvvələri mərcəiyyətin fitvası ilə təşkil olundu
İraqın Xalq Səfərbər Şurasının sədri Faleh əl-Fəyyaz və Xalq Səfərbər Qüvvələrinin sözçüsü Əhməd əl-Əsədi jurnalistlərlə keçirdiyi mətbuat konfransında Həşdüş-Şəəbinin qanunun təsdiqlənməsi barədə jurnalistlərin suallarını cavablandırıblar.
Faleh əl-Fəyyaz mətbuat konfransının əvvəlində deyib: Həşdüş-Şəəbinin qanunun təsdiqlənməsi bu məsələni təsdiqləyir ki, könüllü xalq qüvvələri İraqın tərkib hissəsidir. Könüllü xalq qüvvələri hazırda qanuni biri quruma çevrilib. Parlament bu məsələni təsdiqləyib və hökumət də onu təsdiqləyib. İraq xalqının bütün kütlələri və hərəkatları bu məsələyə çox sevinirlər. Bəzi qardaşlarımızın bu barədə rəyləri vardı. Biz onlara hörmətlə yanaşırıq. Lakin açıq-aşkar bildiririk ki, bağlı qapılar arxasında irəli sürülən rəylər çox məhdud idi. Biz qəbul etmirik ki, bu qanun İraq cərəyanları arasında iştirak qanunu kimi elan olunsun. Bu qanun İraqın milli birliyini bəyan edir.
Bir jurnalist deyib: Bəziləri deyir ki, könüllü xalq qüvvələri Keşikçilər Korpusu Sepahdan örnək götürülüb və bu qüvvələrin ordu və silahlı qüvvələrə birləşməsi yaxşı olardı.
Faleh əl-Fəyyaz cavabında dyeib: Bu sözlər düzgün deyil. Könüllü xalq qüvvələrinin təşkili siyasi qərar deyil, mərcəiyyətin fitvasına əsasən idi. Ordunun vəziyyəti yaxşı olmadığı və hökumətin problemləri olduğu zamanda diqqətlər İraq gənclərinə yönəldi və xalq qüvvələri meydana daxil oldu ki, ölkəni müdafiə etsinlər. Mərcəiyyətin fitvası ilə vətəndaşlar hərəkətə gəldilər. Onlar arasında cihad keçmişi olan şəxslər var idi və tədricən təşkilat yarandı.