Noy 28, 2016 12:59 Asia/Baku
  • Suriya hökumətinin Hələbin şərqinin bir sıra hissəsinin azad olunmasındakı qalibiyyəti önəmlidir
    Suriya hökumətinin Hələbin şərqinin bir sıra hissəsinin azad olunmasındakı qalibiyyəti önəmlidir

Suriya dövlət qüvvələri Hələbin şərqində üsyançıların nəzarətində olan ən böyük məhəlləni geri alıblar. Bu xəbər dairələri bildiriblər: Hazırda qüvvələr bölgəni minalar, bombalar və digər partlayıcı qurğulardan təmizləməkdədirlər. Hələlik Hələbin şərqində 250-dən çox sivil çətin vəziyyətdədir. BBC bildirib ki, Suriya dövlət qüvvələrinin Hələbin şərqindəki azad etdikləri bölgələr çox önəmlidir.

BBC-nin Beyrutdakı müxbiri Tomas Morqan bu barədə deyib: Hənanu məhəlləsi də hazırda Suriya dövlətinin tam nəzarətindədir. Bu qələbə Bəşşar Əsəd hökuməti üçün diqqəti cəlb edəcək qələbədir. Çünki onlar həmişə Suriyada daxili müharibədə Hələbi ən böyük müharibə meydanı kimi görürdülər. Hələb bir zamanlar Suriyanın ən çox əhalisi olan şəhəri idi və iqtisadi baxımdan da Türkiyə və Suriya və regionun bəzi ölkələri arasında giriş darvazası idi. Buna görə Bəşşar Əsəd ümid edir ki, Hələbin şərqində bu önəmli bölgənin geri alınması Hələbin şərqinin tam şəkildə azad edilməsini asanlaşdıracaq. Üsyançılar 2012-ci ildən Hələbin şərqini nəzarətə götürüblər. 

Teqlər