Səudiyyəli təcavüzkarların hücumunda yəmənlilər qırğın edildi
-
Səudiyyəli təcavüzkarların hücumunda yəmənlilər qırğın edildi
Səudiyyə Ərəbistanının Yəmənin yaşayış massivlərinə hava hücumlarında 19 yəmənli sivil həlak olub.
Əl-Aləm televiziyasının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin qərbində əl-Hədidə vilayətinin Məraviə şəhərini bombardman ediblər. Nəticədə 16 sivil şəhid olub, 11 nəfər yaralanıb.
Ərəbistan ordusu qırıcı təyyarələri əl-Hədidə vilayətinin əl-Dərihəmi şəhərini də atəşə tutublar. Nəticədə 3 yəmənli sivil həyatını itirib.
Yəmən ordusu və xalq qüvvələri də səudiyyəli təcavüzkarların hücumları və cinayətlərinə reaksiya olaraq, Ərəbistan ordusunun Cizan, Nəcran və Əsirdəki mövqelərini bir neçə raketlə atəşə tutublar. Nəticədə bir qrup səudiyyəli hərbçi öldürülüb.
Yəmən ordusu və xalq qüvvələrinin bölmələri də səudiyyəli təcavüzkaralra bağlı hərbi qayıqları Təiz vilayətinin Zibab şəhəri sahillərində atəşə tutublar. Bu qayıqlara ağır zərbələr endirilib.
Səudiyyəli qüvvələrə bağlı bir ədəd uçan pilotsuz aparat da bazar günü gecə Ədən beynəxlaq hava limanı yaxınlığında qəzaya uğrayıb.