Yəmən Milli Xilas Hökumətinin təşkili; milli nailiyyət
-
Yəmən Milli Xilas Hökumətinin təşkili; milli nailiyyət
Yəmən Ali İnqilab Şurasının sədri bu ölkədə milli xilas hökumətinin təşkil olunmasını milli nailiyyət adlandırıb.
Əl-Aləm televiziyasının məlumatına görə, Yəmənin Ali İnqilab Şurasının sədri Məhəmməd Əli əl-Husi bu ölkənin milli xilas hökuməti sayəsində iqtisadi vəziyyətin yaxşılaşmasına ümidvarlıq edərək ordu və xalqı iqtisadi savaşın cəhətlərini dərk etməyə çağırıb.
Əl-Husi həmçinin Yəmən vətəndaşlarının fədakarlığı və onların milli rəhbərləri dəstəkləməsini təcavüzkarların məkrli planlarının məğlubiyyəti adlandırıb və təcavüzkar ölkələri hərbi savaşın kənarında Yəmənlə iqtisadi müharibənin gücləndirilməsində suçlayıb.
Yəmənin Ali Şurası bazar ertəsi günü bu şura sədri Saleh əl-Səmad, onun müavini Qasim Ləbuzə və milli xilas hökumətinin baş naziri Əbdüləziz Bin Həbturun iştirakı ilə Sənada keçirdiyi fövqəladə iclasda yeni Nazirlər Kabinetinin üzvlərini təyin edib və bildirib: Yəməndə ağır şəraitdə təşkil olunan bu hökumətin vəzifəsi daxili vəziyyəti stabilləşdirmək, təcavüzkarlarla iqtisadi, hərbi və siyasi mübarizədir.
Yəmənin Ali Şurasının sədri Ənsarullah Hərəkatı və müttəfiqləri, həmçinin Xalq Konqresi Partiyası və müttəfiqləri tərəfindən elan olunan namizədlərin siyahısına əsasən, milli xilas hökumətinin Nazirlər Kabinetinin 42 üzvünün adını elan edib.
Yəmənin milli xilas hökumətinin Nazirlər Kabinetində müdafiə naziri Məhəmməd Nasir əl-Atifi, daxili işlər naziri Məhəmməd Abdulla əl-Qusi və xarici işlər naziri Hişam Şərəf Abdulla olacaqdır.