Hələbin şərqində 14 məhəllə terrorçulardan təmizlənir
-
Hələbin şərqində 14 məhəllə terrorçulardan təmizlənir
Hələbin şərq hissəsindən qaçmağı bacaran şəhər sakinləri medialara verdikləri müsahibələrdə təkfirçi terrorçuların nəzarəti altında yaşamın nə qədər dəhşətli olduğundan danışırlar.
Keçid məntəqələrinin terrorçular tərəfindən atəş altında saxlanılmasına baxmayaraq, Hələbin şərq hissəsini təkr etməyi bacaran sakinlər terrorçuların nəzarəti altında yaşamağın dözülməz olduğunu deyirlər.
Suriya ordusu Hələbin şərq hissəsində yerləşən 14 məhəlləni azad edərək, terrorçuların mühasirəsində ilişib qalmış şəhər sakinlərini xilas edib.
Maraqlıdır, Hələbdə terrorçuların mühasirə halqasının daralması ilə ABŞ Dövlət Departamentinin sözçüsü Hələbdəki insani durumdan “narahatlıq” ifadə edib. Fransa xarici işlər naziri də BMT Təhlükəsizlik Şurasının dərhal fövqəladə iclas təşkil etməsini istəyib. Qərb və Ərəb mediaları Hələbdə terrorçuların işini bitmiş hesab edirlər.
İRİB-nin müxbiri:
Suriya ordusu Hələbin şərqində terrorçuların işğalından azad edilən ərazilərdə qüdrət nümayiş etdirirlər. Artıq şəhərin üçdə biri ordu qüvvələrinin nəzarəti altına keçib.
Suriyalı hərbçi:
Bu gün Suriya ordusu üçün qələbə, terrorçular üçün isə məğlubiyyət günü olaraq yadda qalmalıdır.
İRİB-nin müxbiri:
İndi, 4 ildən sonra Şeyx Xızır, Şeyx Fariz, Bəidin, Eynüttəl, Haluk, Bostan Paşa, Saxur, Buhus, Enzarat və Süleyman Hələbi məhəllələrində yenidən Suriya bayrağı dalğalandırılır.
Suriyalı hərbçi:
Hənanədən Saxura kimi olan məntəqə terrorçulardan təmizlənib.
İRİB-nin müxbiri:
Dünən və bu gün ərzində 10 min məntəqə sakini Suriya ordusunun himayəsinə sığınıb.
Məntəqə sakini:
Mən tək gəlmişəm. Atam ayağından yaralanmışdı, bacı və qardaşlarım isə kiçik olduqları üçün gələ bilmədilər.
İRİB-nin müxbiri:
Bəzən isə işlər düyünə düşür... Sakinlər terrorçuların olduğu əraziləri tərk edirlər, ordu qüvvələri isə, onların köməyinə tələsirlər.
Məntəqə sakini:
Güclə canımızı qurtardıq. Snayperlə vurmağa çalışırdılar. Getməyimizi istəmirdilər.
İRİB-nin müxbiri:
İndi ordu qüvvələri Hələbin şərqində terrorçuları təqib etməklə məşğuldurlar.