Əbu-Mehdi əl-Mühəndis səfərbər qüvvələrin əməliyyatlarının davam etməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i248096-Əbu_mehdi_əl_mühəndis_səfərbər_qüvvələrin_əməliyyatlarının_davam_etməsini_vurğulayıb
İraqın xalq səfərbər qüvvələri təşkilatının sədr müavini deyib: Bu təşkilat qüvvələrinin əməliyyatları Mosulun qərb istiqamətinin tam azad edilməsinədək davam etdiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2016 08:48 Asia/Baku
  • Əbu-Mehdi əl-Mühəndis
    Əbu-Mehdi əl-Mühəndis

İraqın xalq səfərbər qüvvələri təşkilatının sədr müavini deyib: Bu təşkilat qüvvələrinin əməliyyatları Mosulun qərb istiqamətinin tam azad edilməsinədək davam etdiriləcək.

Əl-Məyadin televiziya kanalının verdiyi məlumata görə, Əbu Mehdi əl-Mühəndis deyib: Mosulun qərbində strateji bölgə olan Təll-Əbtənin mühasirəsinin təkmilləşdirilməsi üçün xalq səfərbər qüvvələrinin əməliyyatının 5-ci etapı davam edir. Əl-Mühəndis deyib: Xalq səfərbər qüvvələri Təll-Əbtənin yaxınlığındakı kəndlərin çoxunu azad ediblər və bölgəni mühasirəyə almaq üçün 4 istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

O deyib: Bu məqsəd reallaşarsa, Mosulun qərbində xalq səfərbər qüvvələrinin əməliyyatının 5-ci etapı da sona çatacaq və Mosulun qərb istiqamətinin tamami ilə İŞİD terrorçularından azad edilməsi məqsədi ilə yeni əməliyyata başlanılacaq.