Əsir bölgəsində çoxlu sayda muzdlu öldürülüb
-
Əsir bölgəsində çoxlu sayda muzdlu öldürülüb
Yəmənli bir hərbi rəsmi Əsir bölgəsinin Olab sərhəd ərazisinə nüfuz etmək istəyən çoxlu sayda muzdlunun öldürüldüyünü bildirib.
Əl-Minar telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin infrastrukturuna qarşı hücumlarını davam etdirirlər, bu da yəmənlilərin problemlərini artırır, Yəmənin körpülər və yollarının məhv edilməsi ilə nəticələnir.
Yəmənin əl-Hədidə bölgəsində qəbilə başçılarından olan Əbdülqadir əl-Qədəhi deyib: İnsan haqları təşkilatlarından Yəməndə baş verən böyük cinayətlərə diqqət yetirmələrini istəyirik.
Yəmənə qarşı mütəşəkkil hava hücumlarının qurbanlarını mülki əhali təşkil edir. Həmçinin təcavüzkarların beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan yəmənlilərə qarşı istifadə etmələri barədə faktlar mövcuddur. Tibbi imkanlar və dərman çatışmazlığı da Yəmən vətəndaşlarının çətinliklərini daha da artırıb.
Yəmən ordusu və xalq komitələri döyüş meydanında təcavüzkarların hücumlarına cavab veriblər. Onlar səudiyyə hərbçilərinin Marib vilayətinin Sərvah rayonundakı mövqelərinə hücum ediblər.
Midi səhrasının şimalında səudiyyə rejimi ordusunun bir ədəd tankı və bir ədəd zirehli texnikası raketlə hədəfə alınaraq məhv edilib. Həmçinin Marib vilayətinin Sərvah rayonunda təcavüzkarların dəstək verdikləri yaraqlı qruplara aid olan BTR tipli bir ədəd zirehli maşın hədəfə alınaraq bütün sərnişinləri öldürülüb yaxud yaralanıb.