Noy 30, 2016 13:18 Asia/Baku
  • İŞİD Hələbin ətrafında iki Türkiyə əsgərini oğurlayıb
    İŞİD Hələbin ətrafında iki Türkiyə əsgərini oğurlayıb

Türkiyə ordusu Suriyanın şimalında iki türk əsgərinin itkin düşməsi xəbərini təsdiqləyib.

Əl-Ərəbiyyə telekanalının verdiyi məlumata görə, Türkiyə ordusu Suriyanın şimalında iki türk əsgəri ilə əlaqənin kəsildiyini bildirib. Təkfirçi-sionist İŞİD qrupuna aid ilan "Əmaq" xəbər agentliyi Suriyanın şimalında iki Türkiyə əsgərini oğurladığını bildirmişdi. Müxalifətə aid olan Suriyanın insan haqları gözətçiləri bildirib ki, sözü gedən iki türkiyəli hərbçi Suriyanın əl-Bab şəhərinin qərbində Əddana bölgəsində yoxa çıxıb. 

İŞİD-in təchizatların və qüvvələrin köçürülməsi üçün Türkiyə sərhədlərindən istifadə etdiyi barədə iddialar var.  

Teqlər