Sionist rejim ilə Türkiyə əlaqələri adiləşir
-
Sionist rejim ilə Türkiyə əlaqələri adiləşir
Türkiyə və sionist rejim arasında əlaqələrin adiləşdirilməsi istiqamətində gedən səylərin davamında sionist rejimin yeni səfiri Ankaraya daxil olub.
İRNA-nın verdiyi məlumata görə, sionist rejimin Ankara üçün təyin etdiyi yeni səfiri Etan Naeh keçmişdə də bu rejimin Türkiyədəki nümayəndəliklərində fəaliyyət göstərmişdir.
E.Naeh bu gün deyib: Qarşılıqlı əlaqələrin yenidən bərpası üçün çoxlu işlər görülməlidir.
Naeh Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana etibarnaməsini təqdim etdikdən sonra Ankarada rəsmən fəaliyyətinə başlayıb.
Türkiyədə Təl-Əvivdəki səfiri olaraq Kamal Okemi təyin edib.
Türkiyə ilə sionist rejim arasında diplomatik əlaqələr 2010-cu ildə sionist hərbçilərin Qəzzəyə humanitar yardım daşıyan Mərmərə gəmisinə qarşı hücumunda 10 türk vətəndaşının öldürülməsindən sonra gözə çarpacaq dərəcədə məhdudlaşdı.
3 il müddətində aşkar yaxud gizli şəkildə tərəflər arasında gedən müzakirələr İyun ayında münasibətlərin adiləşdirilməsi üzrə razılaşmanın imzalanması ilə nəticələndi.
Sionist rejim bu razılaşmanın icrası ilə Türkiyəyə Mərmərə gəmisində həlak olanların ailələrinə təqdim olunması üçün 20 milyon dollar kompensasiya ödədi və bunun qarşılığında Türkiyə vətəndaşlarının qətlə yetirilməsinin səbəbkarlarının məhkəməyə cəlb edilməsi yolu bağlandı.
Mərmərə gəmisi qurbanlarının ailələri bu pulu qəbul etmədiklərini və qanuni mənbələrə müraciət edərək öz hüquqlarının bərpasını tələb edəcəklərini bildiriblər.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən ay Turkiyə ilə sionist rejim arasında diplomatik əlaqələrin səfir səviyyəsinə qaldırılacağının anonsunu vermişdi.