Dek 02, 2016 14:13 Asia/Baku
  • İraqın 361 kəndi İŞİD-in işğalından azad edilib

İraqda Neynəva əməliyyatının komandanı ötən 45 gün ərzində bu ölkənin 361 kəndinin İŞİD-in əlindən azad edilməsindən xəbər verib.

IRNA-nın Əlməlumə informasiya portalına istinadlı məlumatına görə, İraqda Neynəva əməliyyatının komandanı Ədbulamir Rəşid Yarallah dünən İraqın müxtəlif məntəqələrinin İŞİD terrorçularından təmizlənməsi haqda deyib ki, bu ölkə qüvvələri oktyabrın ikinci yarısından dekabrın birinədək 361 kəndi azad etməkdən əlavə, bomba qoyulmuş 632 avtomobili məhv edib və İŞİD-ə qarşı 3500-dən çox uçuş həyata keçiriblər.

Həmçinin İraqda terrorizmlə mübarizə qüvvələrinin komandanı Əbd Əlqəni Ələsədi bu ölkə qüvvələrinin Mosulun azad edilməsi əməliyyatında irəliləmələrinə toxunaraq, deyib ki, İraq qüvvələri bu şəhərin şərq mehvərində Həyyulilam və Əlmusənna məntəqəsinə çatıblar.

Mosulun azad edilməsi əməliyyatı sentyabrın 17-dən başlanıb. İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayından İŞİD terror qrupunun işğalındadır.

Teqlər