Dek 02, 2016 17:27 Asia/Baku
  • İraq xalqının Hüseyn(ə) Ərbəininin iranlı şəhidlərinin anım mərasimində geniş iştirakı

İraq xalqının müxtəlif təbəqələrinin Bağdadda keçirilən Hüseyn(ə) Ərbəininin iranlı şəhidlərinin anım mərasimində geniş iştirakı İraqda şiələr ilə sünni əhlinin həmrəyliyinin müraciətidir.

IRNA-nın məlumatına görə, İraq xalqı, o sıradan şiələr və sünni əhli "Bu terror cinayətləri qonaqpərvər İraq xalqına aid edilməməlidir!" müraciətilə bu mərasimdə iştirak ediblər.

İraqın sabiq baş naziri Nuri Əlmaliki bu mərasimdə müxbirlər qarşısında deyib: Kilometrlərlə yolu ziyarət şövqü ilə piyada surətdə gəlmiş və bu yolda şəhid olmuş zəvvarlar hüseyni yolu boyunca qərar tapıblar.

İraqın sünni əhlinin "Din Alimləri Camaatı"nın sədri Şeyx Xalid Əlmulla da bu mərasimdə vurğulayıb: İranlı zəvvarlara hücum etmiş terrorçuların İslamla heç bir əlaqəsi yoxdur və bəzi xarici dövlətlərlə əlaqəsi olan dəstələr beynəlxalq sionizmin siyasətləri istiqamətində işləyirlər.

Hüseyn(ə) Ərbəini günlərində Hillə və Samirra şəhərlərində törədilmiş terror hücumlarının iranlı şəhidlərinin anım mərasimi İranın İraqdakı səfirliyinin ciddi-cəhdilə dünən axşam Bağdadın Əlzəviyyə məscidində keçirilib.

Noyabrın 24-də Babil vilayətinin mərkəzi olan Hillə şəhərinin Əlşumli məntəqəsində bir yanacaqdoldurma məntəqəsində bomba qoyulmuş bir tankerin partlaması nəticəsində təqribən 100 hüseyni zəvvarı şəhid olub və bir qrup zəvvar da yaralanıbdır.

İŞİD terror qrupunun məsuliyyətini üzərinə götürdüyü Hillə terror partlayışında şəhid olanların bir çoxu iranlıdır.

Həmçinin noyabrın 6-da Samirrada İmameyn Əskərieyn(ə) hərəmi parkinqinin içərisində İranın ziyarət karvanları avtobusunun yaxınlığında baş vermiş terror partlayışı nəticəsində 7 iranlı zəvvar şəhid olub, 97 zəvvar da yaralanıbdır.

Teqlər