Bəhreynli ruhaninin mühakiməsinə etiraz olaraq, aksiyanın keçirilməsinə çağırış verilib
Bəhreyndə Ali-Xəlifə rejiminin müxalifləri bu ölkənin tanınmış şiə din xadiminin mühakiməsinin bərpasına etiraz olaraq, geniş bir aksiyanın keçirilməsinə çağırış veriblər.
Əlaləm telekanalının məlumatına görə, Ali-Xəlifə rejimi ilə müxalif olan siyasi fəallar bu rejim tərəfindən Bəhreynin tanınmış şiə din xadimi Şeyx İsa Qasimin mühakiməsinin bərpasına etiraz olaraq, etiazçıları bu gün və sabah bu ökənin müxtəlif məntəqələrində keçiriləcək aksiyalarda iştirak etməyə çağırıblar.
Ali-Xəlifə rejimi etirazçıların yatırılması istiqamətində Şeyx İsa Qasimi "pulyuma və terrorizmə kömək"də ittiham və ötən iyun ayında onu vətəndaşlıq hüququndan məhrum edibdir.
Ali-Xəlifə rejiminin təzyiqlərinə və beş ayın keçməsinə rəğmən, bəhreynli etirazçılar təhlükəsizlik tədbirlərini problemlərlə üzləşdirərək, din və əqidənin müdafiəsi istiqamətində müqaviməti vurğulayaraq, bu rejimin Şeyx Qasimin vətəndaşlığının əlindən alınması üzrə özbaşına hərəkətlərini pisləyiblər.
Ali-Xəlifə rejiminin Bəhreyn ruhaniləri və insan haqları fəallarına qarşı hərəkətləri son zamanlar misli görünməmiş tərzdə şiddətlənibdir.
Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı dinc aksiyalar səhnəsidir.
Bəhreyn xalqı siyasi islahatlar, söz azadlığı, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi və ölkəsində seçilmiş bir quruluşun hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi daim repressiya ilə onların etirazlarına cavab verir.