Dek 02, 2016 19:18 Asia/Baku
  • Amerikalılar İraq və Suriyada mülkilərin qətlini etiraf ediblər

Amerikanın başçılıq etdiyi dırnaqarası anti-İŞİD koalisiyası etiraf edibdir ki, ötən doqquz ay ərzində bu koalisiyanın bombardmanlarında 54 iraqlı və suriyalını öldürübdür.

Əlaləm telekanalının məlumatına görə, dırnaqarası anti-İŞİD koalisiyasının komandanlığı bir bəyanatda İraq və Suriyada hərbi əməliyyatlar zamanı mülkilərin qırğın edilməsini qaçılmaz adlandırıb və etiraf edibdir ki, təkcə iyul ayında Suriyanın şimalındakı Mənbəc şəhəri ətrafında həyata keçirilmiş bombardmanların birində 24 mülki həlak olub.

Beləliklə, beynəlxaq koalisiyanın statistikalarına görə, İraq və Suriyada bombardmanların başlandığı 2014-cü ildən bəri koalisiya təyyarələrinin hücumlarında 173 sivil həlak olubdur.

Belə bir halda, İraq və Suriyadakı müxtəlif yerli mənbələrin statistikaları beynəlxaq koalisiyanın təyyarələrinin hücumlarında həlak olanların sayını bu rəqəmdən yuxarı elan edirlər.

Ötən aylarda iraqlı qüvvələrin Mosuldakı uğurlu əməliyyatları və suriyalı qüvvələrin Hələbdəki geniş əməliyyatlarının ardınca Amerikanın başçılıq etdiyi dırnaqarası anti-İŞİD koalisiyası İŞİD və digər qrupların terrorçularının tam məhvolmadan xilas edilmələri üçün səud rejiminin köməyilə geniş səylərə əl atıb. Bu hərəkətlərdən biri, təkfirçi terrorçuların İraqın şimalındakı Mosul şəhərindən Suriyaya köçürülmələridir.

Teqlər